• info@bpg.az
  • 077 209 08 55

Lisenziyalarının alınmasında dəstək

Lisenziya nədir?

Lisenziya və icazələr - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirmək üçün dövlət və inzibati orqan tərəfindən verilmiş sənəd Lisenziya və icazələr adlanir.

Lisenziya və icazələr-hansı fəaliyyət növlərinə tələb olunur?

Dövlət təhlükəsizliyinə təsir edən, məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutan, ətraf mühitə və ekoloji vəziyyətinə mənfi təsir göstərə bilən, qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğuran fəaliyyət növlərinə lisenziya və icazələr tələb olunur.
Lisenziya və icazələr haqqında qanuna müvafiq olaraq özəl tibb fəaliyyəti, əczaçılıq fəaliyyəti, təhsil fəaliyyəti, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, İP-telefoniya (internet telefoniya), sürətli poçt xidməti olmaqla dövlət təhlükəsizliyindən irəli gələn hallar olan və ya olmayan 29 fəaliyyət növünə lisenziya, 86 fəaliyyət növünə isə icazə tələb olunur.
 

BİZİ İZLƏYİN!