• info@bpg.az
  • 077 209 08 55

Hüquqi şəxslərin yaradılması

Hüquqi şəxsin yaradılması bir sıra qanuna müvafiq ardıcıllıqları tələb edir. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər. Hüquqi şəxslər kommersiyaqeyri-kommersiya və publik hüquqi şəxslər kimi növlərə ayrılır. Azərbaycan Respublikası da mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir.


Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri olaraq yaradıla bilər. Kommersiya hüquqi şəxslərinin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdirsə, qeyri-kommersiya hüquqi şəxslərin əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qurumlar olmasıdır.


BİZİ İZLƏYİN!